Apa.az saytına istinadən Icma.az xəbər verir. “Naxtel” MMC-nin abunəçiləri 01 oktyabr – 01 dekabr 2025-ci il tarixlərində “Azercell Telekom”
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Azercell"dən bildirilib.
Qeyd edilib ki, keçid edən abunəçilər Azercell-in təqdim etdiyi istənilən tarifə qoşulmaqla yanaşı, yalnız “Naxtel” MMC-nin abunəçilərinə təklif edilən xüsusi kampaniyadan da yararlana bilərlər.
Kampaniya çərçivəsində “DigiMax” tarif paketləri üzrə təqdim edilən üstünlüklər: DigiMax 3GB – ilk paket və 1 yenilənmə pulsuz, sonrakı 22 yenilənmə 20% endirimlə DigiMax 5GB – ilk paket pulsuz, sonrakı 11 yenilənmə 20% endirimlə DigiMax 10GB – ilk paket pulsuz, sonrakı 11 yenilənmə 20% endirimlə DigiMax 25GB – ilk paket pulsuz, sonrakı 11 yenilənmə 20% endirimlə Bu üstünlüklərdən ümumilikdə 12 ay müddətində faydalanmaq mümkündür.
Xidmət mərkəzlərinin ünvanları və ətraflı məlumatla növbəti link vasitəsilə tanış olmaq olar.
Qeyd edilib ki, “Azercell Telekom” MMC 1997-ci ildən etibarən ölkəmizdə telekommunikasiya xidmətləri təqdim edir və müvafiq bölgədə müştəri xidmətləri, eləcə də geniş diler şəbəkəsi vasitəsilə abunəçilərə xidmət göstərir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.