“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

04.06.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 iyun, AZƏRTAC

Kibertəhlükəsizlik sahəsində məlumatların həcminin sürətlə artması süni intellekt texnologiyalarının tətbiqini zəruri edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azercell Telekom” MMC-nin Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şirkətdə hər saniyə təxminən 1,7 milyon məlumat vahidi təhlil olunur.

“Bu həcmdə məlumatın yalnız insan resursları ilə emalı mümkün deyil. Buna görə də süni intellekt kibertəhdidlərin daha operativ aşkarlanması və təhlükəsizlik sistemlərinin gücləndirilməsi üçün tətbiq edilir. Süni intellektdən kibercinayətkarlar da istifadə etməyə çalışdıqlarından təşkilatlar yeni risklərə qarşı daim hazırlıqlı olmalıdırlar. Kibertəhlükəsizlikdə texnologiya ilə yanaşı, insan amili və məsuliyyətli yanaşma da mühüm rol oynayır”, - deyə vurğulayıb.

Müxbir - Pərvanə Qafarova, Göyçək Mahmudlu

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Vüsal Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью