Azerconnect Group NVIDIA nın süni intellektlə bağlı tədbirində iştirak edib

10.06.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azerconnect Group NVIDIA-nın ofisində süni intellekt və rəqəmsal xidmətlərin inkişafına dair tədbirdə iştirak edib.

Marja.az bu barədə şirkətin sosial şəbəkə hesablarında yayılan məlumata istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tədbir İKT sahəsində dünyanın aparıcı şirkətlərinin nümayəndələrini, ekspertləri və regional tərəfdaşları bir araya gətirib.

Azerconnect Group-un baş direktorunun mobil biznes üzrə müavini Müşfiq Əliyev və şirkətin süni intellekt və transformasiya üzrə direktoru Səid Cəfərli tədbir çərçivəsində ağıllı şəbəkələr, süni intellekt fabriki və süni intellekt əsaslı 6G infrastrukturu sahəsində NVIDIA-nın texnoloji həllərinə həsr olunan müzakirələrə qatılıblar.

Qeyd edək ki, cari ilin aprel ayında Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью