“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək

26.06.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

“Azərelektroterm” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Marja.az xəbər verir ki, yığıncaq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və cəmiyyətin nizamnaməsinə əsasən, məsafədən — onlayn qaydada təşkil olunacaq.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ümumi yığıncağın 14 avqust 2026-cı il saat 11:00-da keçirilməsi nəzərdə tutulub.

Yığıncağın gündəliyinə “Azərelektroterm” ASC-nin 2025-ci il üzrə illik maliyyə hesabatının təsdiq edilməsi, cəmiyyətin baş direktorunun vəzifədən azad olunması və yeni baş direktorun seçilməsi, cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi, həmçinin direktorlar şurasının sədrinin və üzvlərinin seçilməsi məsələləri daxildir.

Qiyabi keçiriləcək ümumi yığıncağın gündəliyinin materialları və əlavə məlumatları səhmdarlar “Azərelektroterm” ASC-dən əldə edə bilərlər.

Məlumat üçün bildirilib ki, cəmiyyətin ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, keçmiş 1222-ci küçə, 12 nömrəli ünvandır. 

“Azərlektroterm”-ın fəaliyyəti ağır və yüngül sənayə sahələrində müxtəlif metal konstruksiya istehsalından ibarətdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью