Azərenerji dən 2.1 milyon manatlıq tender: Proqram təminatını yeniləyir

11.08.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Azərenerji" ASC mövcud 1C proqram təminatının yenilənməsi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, tenderin yekun qiyməti 2 milyon 157 min manat təşkil edib.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində 1C:ERP müəssisənin idarə edilməsi sistemi, 1C:Müəssisə 8.3 server lisenziyası, 1C:Müəssisə 8 istifadəçi lisenziyaları və İTS PROF texniki dəstək paketinin alınması nəzərdə tutulur.

Bundan əlavə, server verilənlər bazasının quraşdırılması və sazlanması, eləcə də verilənlər bazasının qurulması və saxlanması xidmətlərinin göstərilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью