Azərenerji iki tender üçün 11.73 milyon manat ödəyəcək

24.02.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti qaçan dalğa metodu ilə elektrik verilişi xətlərində qısaqapanma yerinin təyini və elektrik verilişi xətlərində onlayn diaqnostika üçün avadanlıqların satınalınması üçün iki tender elan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, ASC satınalmalar müqabilində ümumilikdə 11 milyon 730 min 528 manat ödəməyi planlaşdırır.

Şirkət bunun müqabilində 92 ədəd elektrik verilişi xətlərində onlayn diaqnostika üçün avadanlığı, 96 ədəd qaçan dalğa metodu ilə elektrik verilişi xətlərdə qısaqapanma yerinin təyini qurğusu əldə edəcək./Oxu.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью