Azərenerji nin ixrac gəlirləri 4 dəfədən çox azalıb

03.02.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il "Azərenerji" ASC tərəfindən 93.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib.

Sənədə əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 308,4 milyon ABŞ dolları və ya 4.3 dəfə azdır.

Qeyd edək ki, ötən il Azərbaycanın ümumi ixracı 26 milyard 554 milyon ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 3.4 milyard ABŞ dolları təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью