“AzərEnerji” və BPnin təmiz enerji müzakirələri

06.12.2024

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.

BP şirkəti ilə Azərbaycan enerjisistemi arasındakı əməkdaşlıq münasibətlərinin müzakirə edildiyi görüşdə Səngəçal terminalının elektrik şəbəkəsinə qoşulma layihəsinin mövcud vəziyyətindən bəhs olunub. Söhbət əsnasında Prezident İlham Əliyevin sözügedən layihənin dekarbonizasiya məqsədi baxımından xüsusi önəm daşıması ilə bağlı COP29-un açılış mərasimində dediyi fikirlər xüsusi olaraq vurğulanıb.

Görüşdə BP-nin operatorluğu ilə Cəbrayılda inşa olunan 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “AzərEnerji” tərəfindən tikilən 330 kilovoltluq yarımstansiya, eləcə də sözügedən qurğunun “Cəbrayıl” Enerji Qovşağı ilə əlaqələndirilməsi üçün 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью