“AzərEnerji” və Dünya Bankının nümayəndə heyətlərinin növbəti görüşü olub FOTO

28.01.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü olub.

"Unikal" xəbər verir ki, görüşdə AZURE layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb. 

Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью