“AzərEnerji” və “TotalEnergies”in görüşü

17.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevin və “TotalEnergies” şirkətinin idarəedici direktoru Emmanuel De Guillebonun rəhbərlik etdikləri heyətlərin görüşü keçirilib.

Müzakirə zamanı əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanda yeni inşa olunacaq Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulması, bununla bağlı texniki məsələlər və enerji təminatının təşkili məsələləri xüsusi diqqət mərkəzində olub.

Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və enerji layihələrinin səmərəli şəkildə həyata keçirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью