AzerGold a məxsus avtomobillər 4 cü dəfə endirimlə satışa çıxarılır Hərrac

08.06.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 7 iyul 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə AzerGold QSC-nin balansında olan 5 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin markaları "Toyota Hilnux"dur. Avtomobillərin start qiyməti 7 125 manatdan 7 875 manata qədərdir. 

Qeyd edək ki, bu nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью