“AzerGold” da qiymətlərə endirim etdi qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb

21.11.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 20-də dünya bazarında qızılın cari qiyməti 3 faiz azalaraq bir troya unsiyası  (31,1 qram )üçün 3 min 514,08 ABŞ dollarına düşüb, həftə ərzində isə ucuzlaşma təxminən 9,4 faiz təşkil edib. Dünən gümüşün qiyməti isə 4,1 faiz azalaraq bir troya unsiyası üçün 40,99 ABŞ dollarına geriləyib. Son 1 ay ərzində isə qızıl təxminən 15%, gümüş isə təxminən 29% ucuzlaşıb. Dünyada inflyasiyanın daha da yüksəlməsilə ilə əlaqədar olaraq narahatlığın artması, ABŞ Mərkəzi Bankının (FED) faizlərini artıracağı ehtimalının güclənməsi və ABŞ dollarının bahalaşması qızılın qiyməti üzərində təzyiq yaradan əsas səbəblərdir.

Marja.az-ın əldə etdiyi məlumata görə, Dünya bazarında qızıl və gümüşün ucuzlaşması fonunda “AzerGold” qızıl və gümüş külçələrin və sikkələrin pərakəndə satış qiymətlərini çəkidən asılı olaraq aşağı salıb. 

Qeyd edək ki, “AzerGold” QSC-nin Bakıda Bülbül prospekti 3 ünvanında yerləşən “Azergold Gift”adlı satış və mübadilə mərkəzi yerli qızıl və gümüş xammallarından istehsal edilən məhsulların satışı ilə məşğul olur.

 “AzerGold”un qızıl və gümüş məhsullarının qiymətlərində ən böyük faiz azalması 1 kiloqramlıq gümüş külçədə qeydə alınıb. Onun qiyməti 44,17 faiz azalaraq 2 min 610 manata enib.

Qızıl külçələrin satış qiyməti çəkidən asılı olaraq 7,74–10,49 faiz, gümüş külçələrin qiyməti isə 43,70–44,17 faiz azalıb.

Qızıl külçələrdə manat ifadəsində ən böyük azalma 1 kiloqramlıq məhsulda olub. Külçənin qiyməti 219 min 950 manatdan 198 min 750 manata düşüb. Bu, 21 min 200 manat və ya 9,64 faiz azalma deməkdir. Faiz ifadəsində ən böyük endirim isə 50 qramlıq külçədə qeydə alınıb. Onun qiyməti 1 min 195 manat və ya 10,49 faiz azalaraq 10 min 200 manata enib.

Bir qramlıq qızıl külçənin qiyməti 20 manat və ya 8,33 faiz azalaraq 220 manata, 10 qramlıq külçənin qiyməti 180 manat və ya 7,74 faiz azalaraq 2 min 145 manata düşüb. Bir troya unsiyası (təxminən 31,1 qram) çəkisində qızıl külçə 615 manat və ya 8,63 faiz ucuzlaşaraq 6 min 510 manata, 100 qramlıq külçə isə 2 min 120 manat və ya 9,47 faiz ucuzlaşaraq 20 min 270 manata enib.

Gümüş külçələrdən 250 qramlıq məhsulun qiyməti 520 manat və ya 43,70 faiz azalaraq 670 manata, 500 qramlıq külçənin qiyməti 1 min 40 manat və ya 44,16 faiz azalaraq 1 min 315 manata düşüb. Bir kiloqramlıq gümüş külçə isə 2 min 65 manat ucuzlaşıb.

Qızıl sikkələrin satış qiymətləri 6,68–7 faiz aşağı düşüb. “Qarabağ inciləri”, “Şuşa”, “İçərişəhər”, “Laçın”, “Kəlbəcər” və “Zəfər” seriyalarının 5 qramlıq qızıl sikkələri 85 manat ucuzlaşaraq 1 min 130 manata, 10 qramlıq sikkələri 160 manat ucuzlaşaraq 2 min 235 manata, 20 qramlıq sikkələri isə 320 manat ucuzlaşaraq 4 min 415 manata enib. Gümüş sikkələrin satış qiymətləri dəyişməyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью