AzerGold ixracdan 107 milyon dollardan çox gəlir əldə edib

02.07.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"AzerGold" QSC 2026-cı ilin yanvar-may ayları ərzində 107.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25.7 milyon ABŞ dolları və ya 31.4% çoxdur. 

Qeyd edək ki, "AzerGold" 2025-ci ildə ixracdan 225.7 milyon ABŞ dolları gəlir əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью