“AzerGold” QSC də rəqəmsal təlim

21.01.2025

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “AzerGold” QSC-nin əməkdaşları üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq və kibergigiyenanı təmin etmək məqsədilə maarifləndirmə tədbiri keçirib.

Ümumilikdə, 35 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, təlimin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na uyğun olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, kibergigiyenanı təmin etməkdir.

Təlim çərçivəsində əməkdaşların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları icra edilib.

Qəzənfər QASIMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью