”AzerGold” rəhbərliyinin fantastik maaşları gündəm olub

14.12.2024

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


”AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub.
Reyting.az 
Valyuta.az-a istinadla xəbər verir ki, 2023-cü ildə dövlət şirkəti sədr və sədr müavinlərinə ümumilikdə 2,2 milyon dollar ödəniş edib.
Bu ödənişlərin 258 min dolları əmək haqları, 413 min dolları sosial sığorta ödəmələri, 1 milyon 530 min dolları isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda "Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 1 milyon 788 min dollar təşkil edib.
"Azergold”un sədri Zakir İbrahimov, müavinləri - Xəyyam Fərzəliyev və İlqar Cəlilovdur. Yəni, rəhbər heyət 3 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, orta hesabla Zakir İbrahimov və müavinlərinin bir illik gəliri 596 min dollar, aylıq gəliri isə 49,6 min dollardır.
2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 905 min dollar və 75,4 min dollar təşkil edib.
Qeyd edək ki, Zakir İbrahimov İqtisadiyyat naziri Mikayıl Cabbarovun qohumudur.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью