AzerGold un ixrac gəlirləri 24% dək artıb

01.05.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"AzerGold" QSC 2026-cı ilin yanvar-mart ayları ərzində 51.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9.9 milyon ABŞ dolları və ya 23.6% çoxdur. 

Qeyd edək ki, "AzerGold" 2025-ci ildə ixracdan 225.7 milyon ABŞ dolları gəlir əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью