Azeri Light nefti cüzi ucuzlaşıb

18.11.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,01 ABŞ dolları azalaraq 67,93 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,94 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью