“Azeri Light” ucuzlaşdı

10.07.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,98 dollar və ya 3,6% ucuzlaşaraq 79,09 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 82,07 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью