“Azeri Light” ucuzlaşdı

07.11.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,68 % azalaraq 77 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 77,53 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью