“Azeri Light” ucuzlaşdı

02.08.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,33 dollar, yaxud 1,82 %  azalaraq 71,37 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью