“Azeri Light”ın bugünkü qiyməti açıqlandı

27.08.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,46% azalaraq 91,51 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 91,93 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью