Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodundan məlumat verilib.
Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi araşdırılır.