Azərin bütün fotolarını evdən yığışdırdıq

06.08.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Seyid "Astar" yutub layihəsinə müsahibə verib.

"Cebheinfo.az" axşam.a-a istinadən  xəbər verir ki, o, həyat yoldaşının vəfatından sonra qızı Züleyxaya görə evdən onun fotolarını yığışdırdığını deyib.

"Bunu təbii ki, müvəqqəti etdik. Unutdurmaq üçün etmirəm. Hələ ki, sualına cavabımız olmadığı üçün edirik. Nə vaxt öz sualını verəcək, cavabımız olacaq. Onda fotoları ortaya çıxaracağıq. Ona bunu izah etmək üçün peşəkarlardan məsləhətlər almalıyam", - deyə Nigar söyləyib.  

Qeyd edək ki, Azər uzun sürən böyrək çatışmazlığından sonra bu ilin yanvarında vəfat edib. 

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью