Azərin xanımı ilk dəfə DANIŞDI VİDEO

13.02.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşının vəfatından sonra ilk dəfə danışıb.
Bizim.Media xəbər verir ki, aktyor Elşən Orucovun "5 üz" verilişinin növbəti buraxılışı A. Baxşəliyevə həsr olunub.
Verilişdə mərhum aktyorun xanımı memar həyat yoldaşı Nigar Seyid həyat yoldaşı ilə olan tanışlığından, xatirələrindən danışıb.
O qeyd edib ki, bu il ilk dəfə qızı ilə virusa yoluxduğu üçün Yeni ili ayrı qeyd ediblər: "Sabah Sevgililər günüdür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam".
Qeyd edək ki, bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.
O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib və yanvar ayında dünyasını dəyişib.
Ətraflı süjetdə:
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью