Azərin yoldaşından təsirli PAYLAŞIM “Oyanmadın”

04.01.2025

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev xəstəxanaya yerləşdirilib. 

Manset.az xəbər verir ki, həyat yoldaşı Nigar Baxşəliyeva onunla bağlı paylaşım edib.

O, birlikdə olan fotolarını və Azərə yazdığı "Oyanıb mənə yazacaqsan. Darıxıram, Azik. Çox" mesajını paylaşıb. Nigar şəkilə “Oyanmadın” şərhini yazıb. 

Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl əməliyyat olunmuş, anası ona böyrəyini vermişdi.

Ötən gün aktyorun ölüm xəbəri yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью