“Azəripək” ixrac gəlirlərini 3 dəfə azaldıb

30.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC 588 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın noyabr sayında qeyd edilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrün ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,9 dəfə azdır.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 22,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2,8 milyard ABŞ dolları təşkil edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью