“Azəripək” MMC dekabrda ixracını dayandırıb

03.02.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

“Azəripək” MMC 2024-cü ilin yanvar-dekabr aylarında 588 min dollar dəyərində məhsul ixrac edib.

Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, bu statistika MMC-nin ötən ilin yanvar-noyabr ayları üzrə göstəricisi ilə eyni olub. Bu isə o deməkdir ki, “Azəripək” dekabrda ixrac reallaşdırmayıb.

Qeyd edək ki, şirkət 2023-cü ildə 1,7 milyon dollar dəyərində məhsul ixrac etmişdi. Beleliklə 2024-cü ildəAzəripək” in ixracı 1,1 milyon dollar və ya 2,9 dəfə azalıb.

Xatırladaq ki, “Azəripək” MMC-nin daxil olduğu "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. ASC-nin tərkibindəki üç müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Digər beş müəssisə, o cümlədən “Azəripək” MMC ilə bağlı heç bir qərar yoxdur.

Onu da qeyd edək ki, “Azəripək” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью