Azəriqaz” bayram günlərində necə çalışacaq?

26.05.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azəriqaz" İB Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Redaktor.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27.05.2026 - 31.05.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.

Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

30.05.2026-cı il tarixində "ASAN Kommunal",  30-31.05.2026-cı il tarixlərində "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью