Azəriqaz dan “AFEN Plaza”nın sahibinin iddiaları barədə açıqlama

24.11.2025

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda binada baş verən partlayışın səbəbləri ilə bağlı dəqiq cavab istintaqın yekununda bəlli olacaq.

Bunu SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirilib ki, İB-nin əməkdaşları hadisə yerindədirlər:

"Əməkdaşlar "Azəriqaz" məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması kimi iddialar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ tezdir. Hüquq-mühafizə orqanları araşdırma aparır və dəqiq cavab istintaqın yekununda bəlli olacaq".

Xatırladaq ki, noyabrın 24-də Bakının Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"da partlayış baş verib. TƏBİB-in məlumatına görə beş nəfər hospitalizasiya olunub.

“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”. Bunu açıqlamasında “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib. Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.

İş elanları AzVak.az-da

© "Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью