Azəriqaz dan narazılıq: 4 gündür qazımız yoxdur | Icma.az
Icma.az bildirir, Azpost portalına istinadən. Vətəndaş Orxan Nağı Azəriqaz İB-dən şikayətçidir.
AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“4 gündür qazın verilməsində problem var və dəfələrlə zəng edərək şikayət etməyimə baxmayaraq, nəticə yoxdur.
Zəng edən yoxdur, gəlib baxan yoxdur. Qonşularda da eyni problem var. Mail adreslərinə şikayət də yazmışam, amma ona da geri dönüş olunmur.
Evdə 2 körpə var və hal-hazırda evin soyuq olması, isti su olmaması səbəbindən ailəmi qayınatamgilə yollamışam.
Verilən qaz ilə su belə qaynatmaq mümkün deyil. Ödənişli xidmətdən xidmət görə bilmirəm.
Nə vaxt zəng edirəm, “şikayətiniz qeydə alındı” və son. Hər zəngimdə başqa operatora problem izah etməkdən bezdim.
Əvvəl közərmə olsa da, hal-hazırda ümumiyyətlə, qaz kəsilib”.
Tam oxu
Xəbəri oxu