“Azəriqaz ın baş direktoru Ağcabədidə vətəndaşlarla görüşdü

23.10.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.

"Azəriqaz"dan Lent.az-a bildirilib ki, birlik rəhbəri Ağcabədi, Zərdab və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən yaşayış məntəqələrinin, fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin qazlaşdırılması, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, iş yerinin dəyişdirilməsi ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью