Azəriqaz ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edib

17.03.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun mart ayı üzrə vətəndaş qəbulu Cəlilabad rayonunda baş tutub. "Azəriqaz"dan SİA-ya verilən məlumata görə, cənub bölgəsinin müxtəlif rayonlarından görüşə gələn 100-ə yaxın vətəndaşdan ümumilikdə 72 müraciət dinlənilib. Bunlar da əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi və işə qəbul ilə bağlı olub. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью