Azəriqaz ın baş direktoru vətəndaş qəbulu keçirəcək BU ŞƏHƏRDƏ | Icma.az
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Mingəçevir şəhərində vətəndaş qəbulu keçiriləcək.
"Azəriqaz" İB-dən Redaktor.az-a verilən məlumata görə, qəbul yanvarın 23-də saat 11:00-da Mingəçevir şəhər Gənclər Evində baş tutacaq.
Görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək.
Qurum vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 74 14; 050 845 93 52) müraciət edə bilərlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu