Azəriqaz rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək FOTO

18.02.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun İsmayıllı rayonunda vətəndaş qəbulu keçiriləcək.

Globalinfo.az bildirir ki, 21 fevral saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağsu və İsmayıllı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 070-244-58-20; 050-845-75-15) müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью