Azəriqaz: Zabrat 2 qəsəbəsində qəza nəticəsində 400 istehlakşı qazsız qalıb

14.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Sabunçu rayonu, "Zabrat 2" qəsəbəsi, "Oktyabr" küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala düşüb.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, hadisə nəticəsində 14.12.2024-cü il saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb.

"Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır", - məlumatda qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью