Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 mart, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaşlarla görüşü 6 mart saat 11:00-da Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Azəriqaz”ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Lənkəran, Lerik və Astara rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 95 01; 050 845 90 52; 050 845 92 30) müraciət edə bilərlər”,- deyə məlumatda qeyd edilib.