Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 sentyabr, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü sentyabrın 25-də saat 11:00-da Xankəndi şəhərində (Zona 1, bina 3 - Abadlaşdırma və Kommunal Xidmətlər Departamentinin yerləşdiyi bina) keçiriləcək.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, görüşdə Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-19; 055-227-24-33) müraciət edə bilərlər”,- deyə məlumatda qeyd olunub.