“Azəriqaz”ın rəhbərliyi Hacıqabulda vətəndaşlarla görüşəcək

04.11.2024

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) rəhbərliyinin Hacıqabul rayonunda vətəndaşlarla növbəti görüşü keçiriləcək.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, noyabrın 6-sı saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Hacıqabul və Şirvan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Görüşə dair əlavə məlumat almaq istəyənlər Salyan Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-93-11; 055-510-59-95) müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью