“Azəriqaz”ın rəhbərliyi Hacıqabulda vətəndaşlarla görüşəcək Doğru Xəbərlər | Icma.az
Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) rəhbərliyinin Hacıqabul rayonunda vətəndaşlarla növbəti görüşü keçiriləcək.
“Azəriqaz” İB-dən Doğru.az-a bildirilib ki, noyabrın 6-sı saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Hacıqabul və Şirvan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Görüşə dair əlavə məlumat almaq istəyənlər Salyan Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-93-11; 055-510-59-95) müraciət edə bilərlər.
DOĞRU.AZ Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu