“Azərişıq” ASC nin mətbuat xidmətindən elektrik enerjisinin verilişində yaranan məhdudiyyə…
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusilə Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.
Buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır.
Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür.
Üstəlik aşan ağacları kəsib götürmək də, "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.
Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır.
Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək".
“Azərişıq” ASC-nin mətbuat xidməti Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu