“Azərişıq” ASC Qubada sahibkarlarla görüş keçirib FOTO | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərini davam etdirir.
Bununla yanaşı fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.
Moderator.az xəbər verir ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Qubada baş tutub.
Quba Rayonu Heydər Əliyev Mərkəzində keçirilən görüşə 30-dan çox sahibkar və yerli sakin qatılıb.
Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Xaçmaz RETSİ-nin (Regional Enerji Satışı və Təchizatı İdarəsi) rəisi Vüqar Kazımov, “Azərişıq” ASC-nin Aktların Uçotu və İcrasına Nəzarət Şobəsinin rəisi Fuad Yusifov, Quba Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdir müavini Loğman Əliyev iştirak edib.
Görüş zamanı sahibkar və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib.
Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir.
Tam oxu
Xəbəri oxu