Azərişıq” bir sıra kəndlərdə yeniləmə işləri aparır VİDEO | Icma.az
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC paytaxt və regionlarda yenidənqurma işlərini davam etdirir.
Cəlilabad və Masallının bir sıra kəndlərində də elektrik şəbəkəsi tamamilə yenilənir.
Avtosfer.az xəbər verir ki, Cəlilabadın 3 kəndində – Komanlı, Rüstəmabad və Bəcirəvanda 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilir, müasir elektrik xətləri çəkilir.
Hər 3 kənddə açıq naqillərin yerinə müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir.
Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur.
Ümumilikdə 9 Kompleks Transformator Məntəqəsinin quraşdırılması nəzərdə tutulub.
Masallının Köhnə Alvadı kəndində ötən əsrin 60-cı illərində quraşdırılan elektrik şəbəkəsi yenisi ilə əvəzlənir.
Tam oxu
Xəbəri oxu