Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi zamanı zədələnən elektrik dirəyi bərpa olunub.
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-a "Azərişıq"ASC-dən verilib.
"İki saat olar ki, işlər tamamilə yekunlaşıb. Zədələnən xətt əməkdaşlarımız tərəfindən tam bərpa edilib. Hazırda kəndlərə elektrik enerjisinin verilişində hər hansı problem yoxdur", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, ötən gün Lənkəranın Separadi kəndində dörd avtomobilin toqquşması nəticəsində elektrik dirəyi zədələnib. Hadisədən sonra rayonun Separadi və Zövlə kəndlərinin 6 minə qədər sakini işıqsız qalıb.