Azərişıq Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir VİDEO | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC 2024-cü ilin son ayları və yeni ilin ilk günlərində də Qarabağ və Şərqi Zəngəzurda lazımi yenidənqurma və bərpa işlərini davam etdirib.Demokrat.az xəbər verir ki, 2024-cü ildə Kəlbəcər rayonu ərazisində 5 istiqamətdə iki dövrəli və beşdövrəli ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətlərinin çəkilişinə start verilib.
Alagöllərdə strateji obyektlərə xidmət edəcək xətlər, həmçinin Milli, Çaykənd, Qamışlı kəndləri istiqamətində xətlərin çəkilişləri yekunlaşdırılıb.
“Azərişıq” ASC-nin əməkdaşları 2025-ci ilin ilk günlərində də iş başında olublar.
110/35 kV-luq İstisu Yarımstansiyasından Mineral su zavoduna çəkilən ikidövrəli ÖİN-3 kabel kəttinin çəkilişi davam etdirilir.
Dayaqların quraşdırılması yekunlaşdırılıb, kabellərin montaj işləri aparılır.
Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı baş tutub.Laçında da dağıdılmış elektrik təsərrüfatının yenidən qurulması işləri davam edir.
Minkənddə 35 kV-luq yarımstansiyanın və şəhər daxilində Rəqəmsal idarəetmə Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir.
Tam oxu
Xəbəri oxu