Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərişıq" ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildirib.Bakıvaxtı.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ, əslində, göründüyü kimi deyil.Açıqlamada qeyd olunub ki, Lerikdə kifayət qədər intensiv iş gedir, elektrik enerjisinin verilişi təmin edilir:"80 kənd deyəndə ucqar ərazidəki yaşayış məntəqələri nəzərdə tutulur.
Hər kənddə 5-10 ev var. Əksəriyyəti balaca kəndlərdir. 80 kənddə ümumi 360 abonent var.Lerikin mərkəzi bağlıdır.
Birinci yollar açılmalıdır ki, texnika hərəkət etsin. Düzdür, gecə-gündüz iş gedir, işıq bərpa olunur, lakin qar da güclənir.
Bütün məsuliyyət təkcə bizim qurumun üzərində deyil. Ağaclar qırılıb, yolboyu tökülüb. O ağaclar kəsilib götürülməlidir.
Bizim o ağacları kəsib götürməyə ixtiyarımız yoxdur". Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.