“Azərişıq” qanvermə aksiyası keçirib FOTOLAR

12.02.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərişıq” ASC 10 fevral – qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirir.

"Unikal" xəbər verir ki, növbəti belə tədbirlərdən biri qana ehtiyacı olan insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib.

Qanvermə aksiyasına könüllü olaraq qatılan əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra iştiraklarına icazə verilib. 

Aksiya Bakı ilə yanaşı regionlarda da davam edir. “Azərişıq” ASC belə qanvermə aksiyalarının keçirilməsində mütəmadi iştirak edir.  
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью