“Azərişıq”: Son 10 ildə enerji yığımı 80 faizdən 97,5 faizə yüksəlib

07.02.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Zəngilan, 7 fevral, AZƏRTAC

Son 10 ildə “Azərişiq” ASC-nin əldə etdiyi nailiyyətlərdən biri də enerji itkisinin qarşısının alınmasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Zəngilanda keçirilən mətbuat konfransında “Azərişiq” ASC nin Enerji satışı departamentinin İnnovasiya Araşdırmalar Mərkəzinin rəis müavini Rüstəm Quliyev deyib.

O bildirib ki, bu müddət ərzində enerji yığımı 80 faizdən 97,5 faizə yüksəlib.

“Texniki itkilər isə 13,9 faizdən 8,5 faizə endirilib. Enerji itkisinin qarşısınin alınması istiqamətində işlər davam etdirilir, müasir standartlar və yeni texnologiyalar tətbiq edilir”, - deyə R.Orucov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью