Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
2015-ci ilin fevralında Prezident İlham Əlevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) adlandırılmışdı.
“Azərişıq” ASC-nin əsas vəzifəsi isə ölkə vətəndaşlarını, istehsal və xidmət obyektlərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, eyni zamanda, göstərilən xidmətin keyfiyyətini yüksəltmək, ölkənin elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaq idi.
Ötən müddət ərzində “Azərişiq” ASC-nin bu vəzifələrin öhdəsindən necə gəldiyini hər kəs aydın görür.
Baxmayaraq ki, bu məqsədlə büdcədən kifayət qədər vəsait ayrılır, təəssüf ki, hələ də ölkənin enerji sektorunda köklü dəyişiklik baş verməyib.
Qurumun işinin lazımi səviyyədə təşkil olunmamasının səbəblərindən biri də korrupsiya və maliyyə maxinasiyalarıdır.
Maraqlıdır ki, yeyintiləri üzə çıxaran əməkdaşlar isə heç bir əsas gətirmədən vəzifədən uzaqlaşdırılır.
Məsələn, “Azərişıq”da audit yoxlaması apararaq ciddi maliyyə pozuntularını üzə çıxaran Ənnağı Cənnətov bu hesabatını rəhbərliyə təqdim etdikdən sonra “Azərişıq” Audit Komitəsinin sədri vəzifədən alınıb.