“Azərişıq”dan Xətaidəki elektrin kəsintisi ilə bağlı AÇIQLAMA

03.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: “Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.

Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək./Report


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью