Azəristilik dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı

15.04.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Soyuq günlərdə mövcud hava şəraiti nəzərə alınmaqla Azəristiliktəchizat ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək və beləcə, istilik təminatı daha bir neçə gün davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

Qeyd edək ki, qanunvericiliyə görə, Bakıda və aran rayonlarında istilik mövsümü 15 apreldə başa çatır.

Bakıda hava temperaturunun ən azı 18 aprelə qədər iqlim normasından aşağı olacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью